Bu gün avqustun 11-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.
"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 12-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0, 0004 manat və ya 0,04% ucuzlaşaraq 1,0489 manat səviyyəsində qalıb.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0079 manat və ya 0,69% artaraq 1,1601 manat olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !