Ordumuz üçün 65 milyon manat

12:59 | 17.08.2015
Ordumuz üçün 65 milyon manat

Ordumuz üçün 65 milyon manat

2002-ci ilin avqust ayının 17-də Azərbaycan Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu təsis edilib.

Oxu.Az xəbər verir ki, fond Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin inkişafının təmin edilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və labüd sosial tədbirləin maliyyələşdirilməsi məqsədi ilə yaradılıb.

Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməkliyi məqsədi ilə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır

Qeyd edək ki, 2015-ci il iyul ayının 1-də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondunda 65 077 066 manat, 211 791 dollar və 593 avro yığılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür