"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 20-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0004 manat və ya 0,04% azalaraq 1,0486 manata enib.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,009 manat və ya 0,78% artaraq 1,1676 manat olub.
Manata nəzərən Rusiya rublu 0,003 manat və ya 1,88% ucuzlaşaraq 0,0157 manat olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !