Sabah hava necə olacaq?

13:40 | 21.08.2015
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Sabah paytaxtda 24-28 dərəcə isti olacaq

Avqustun 22-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər və gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 20-23, gündüz 24-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Hərarətin gecə 20-25, gündüz 27-32, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə olacağı gözlənilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür