Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,61 dollar azalaraq 47,59 dollar təşkil edib.
"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,58 dollar azalaraq 52,57 dollar olub.
Qiymət azalmasının qeydə alınmasına baxmayaraq, ümumilikdə, neftin qiyməti son həftələrə nisbətən kəskin artıb. Hətta ötən gecə Brent neftinin qiyməti 54 dollar həddini keçə bilib.
"Qara qızıl"ın ucuzlaşmasına ABŞ-ın Energetika Nazirliyinin açıqladığı hesabat olub. Belə ki, hesabata əsasən, ABŞ neft hasilatının 9,4 mln. barreldən 9,3 mln. barrelə endirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !