"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 3-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə 0,0002 manat və ya 0,02% artaraq 1,0481 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,005 manat və ya 0,42% azalaraq 1,1763 manata enib.
Manata nəzərən Rusiya rublu isə dəyişməyərək 0,0157 manat olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !