"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 7-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə 0,0001 manat və ya 0,01% azalaraq 1,0485 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,002 manat və ya 0,17% artaraq 1,1687 manata yüksəlib.
Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,9% azalaraq 0,0158 manat olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !