Azərbaycanda dollar bahalaşdı - Məzənnə

09:32 | 15.09.2015
Azərbaycanda dollar bahalaşdı - Məzənnə

Azərbaycanda dollar bahalaşdı - Məzənnə

 Bu gün sentyabrın 14-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 15-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 14-ü ilə müqayisədə 0,0001 manat və ya 0,01% artaraq 1,0476 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0029 manat və ya 0,24% azalaraq 1,1862 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,65% artaraq 0,0155 manata yüksəlib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM