"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 16-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 15-i ilə müqayisədə 0,0002 manat və ya 0,02% artaraq 1,0478 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0032 manat və ya 0,27% azalaraq 1,1830 manata enib.
Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,29% artaraq 0,0157 manata yüksəlib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !