Azərbaycanda dollar bahalaşdı - Məzənnə

09:39 | 22.09.2015
Azərbaycanda dollar bahalaşdı - Məzənnə

Azərbaycanda dollar bahalaşdı - Məzənnə

Bu gün sentyabrın 21-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 22-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 21-i ilə müqayisədə 0,0006 manat və ya 0,06% artaraq 1,0482 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0116 manat və ya 0,98% azalaraq 1,1742 manata enib.

Manata nəzərən Rusiya rublu isə dəyişməyərək 0,0158 manat səviyyəsində qərarlaşıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM