Dollar bahalaşdı - Məzənnə

09:47 | 01.10.2015
Dollar bahalaşdı - Məzənnə

Dollar bahalaşdı - Məzənnə

 Bu gün sentyabrın 30-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 1-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə 0,0005 manat və ya 0,05% artaraq 1,0485 manat olub.
 
 
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0107 manat və ya 0,91% azalaraq 1,1688 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,26% bahalaşaraq 0,0161 manata yüksəlib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM