Dollar ucuzlaşdı - Məzənnə

09:45 | 21.10.2015
Dollar ucuzlaşdı - Məzənnə

Dollar ucuzlaşdı - Məzənnə

Bu gün oktyabrın 20-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 21-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 20-si ilə müqayisədə 0,0002 manat və ya 0,02% azalaraq 1,0474 manat olub.
 
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0024 manat və ya 0,2% artaraq 1,1900 manata yüksəlib.
 
Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,6% artaraq 0,0169 manat səviyyəsində qərarlaşıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM