"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 27-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 26-sı ilə müqayisədə 0,0001 manat və ya 0,01% azalaraq 1,0489 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0028 manat və ya 0,24% artaraq 1,1577 manata yüksəlib.
Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,78% azalaraq 0,0166 manat səviyyəsində qərarlaşıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !