"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 12-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 11-i ilə müqayisədə 0,0001 manat və ya 0,01% azalaraq 1,0503 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0001 manat və ya 0,01% artaraq 1,1302 manata yüksəlib.
Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,23% azalaraq 0,0161 manat səviyyəsində qərarlaşıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !