Dünyanın müxtəlif bölgələrindəki hərbi münaqişələr İngiltərə və ABŞ-ın silah şirkətlərini fantastik dərəcədə zənginləşdirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərə son beş ildə silah satışından 32 milyard dollarlıq gəlir əldə edib. Bunu Mərkəzi Londonda yerləşən "Silah Ticarəti Əleyhinə Kampaniya” adlı qeyri-hökumət təşkilatı bildirib. Sənəddə bildirilir ki, İngiltərə 2010-cu ilin may ayından 2015-ci ilin iyun ayına qədər bütün dünyaya təxminən 32 milyard dollarlıq silah ixrac edib. Təşkilatın sözçüsü Endryu Smitin fikrincə, İngiltərə xarici siyasətində səmimi deyil: "Hökumət insan haqlarından danışır, amma dünyanın müxtəlif bölgələrində insan haqlarını pozanları silahlandırır”.
Təşkilatın hazırladığı sənəddə ən çox silah satan ABŞ şirkətlərinin də adları çəkilir. Bunlar "Northrop Grumman” , "Lockheed Martin”, "Raytheon” , " Boeing” və "General Dynamics” şirkətləridir.
Modern.az Yaxın Şərq və Şimali Afrika ölkələrinə edilən silah ixracının 2010-cu ilin may ayından 2015-ci ilin iyun ayına qədər olan siyahısını təqdim edir:
Liviya - 35 milyon funt-sterlinq
İsrail - 56 milyon funt-sterlinq
Misir - 128 milyon funt-sterlinq
Küveyt - 59 milyon funt-sterlinq
Pakistan - 117 milyon funt-sterlinq
Nigeriya - 80 milyon funt-sterlinq
Səudiyyə Ərəbistanı - 5,6 milyard funt-sterlinq
Birləşmiş Ərəb Əmirlikləri - 338 milyon funt-sterlinq
Yəmən - 948 milyon funt-sterlinq
Bəhreyn - 36 milyon funt-sterlinq
Qətər - 117 milyon funt-sterlinq
Əlcəzair - 280 milyon funt-sterlinq
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !