2016-cı ilin büdcəsində neftin baza qiyməti 50 dollardan götürüldü

17:01 | 14.09.2015
2016-cı ilin büdcəsində neftin baza qiyməti 50 dollardan götürüldü

2016-cı ilin büdcəsində neftin baza qiyməti 50 dollardan götürüldü


Xarici valyutada ifadə olunan büdcə daxilolmalarının və xərclərinin hesablanmaları üçün manatın dollara məzənnəsi 1,05 manat qəbul edilib

Azərbaycan iqtisadiyyatı üçün neftin qiymətinin dəyişməsi həssas məqamlardan biridir.
 
Maliyyə Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycanın 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilib.
 
Sənəddə qeyd edilib ki, növbəti il üçün beynəlxalq maliyyə təşkilatlarının proqnozlarını və neftin qiymətindəki qeyri-müəyyənliyi nəzərə alaraq, 2016-cı il dövlət və icmal büdcələrin gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiymətinin 1 barreli üçün 50 ABŞ dolları götürülüb.
 
Qeyd etmək lazımdır ki, Beynəlxalq Valyuta Fondu neftin qiymətinin (orta illik) 2015-ci il üçün 58 dollar və 2016-cı il üçün 61 dollar, Dünya Bankı müvafiq illər üzrə 58 dollar və 63 dollar, ABŞ-ın Enerji İnformasiya Administrasiyası isə 54 dollar və 59 dollar səviyyəsində olacağını proqnozlaşdırırlar.
 
Xarici valyutada ifadə olunan büdcə daxilolmalarının və xərclərinin hesablanmaları üçün manatın ABŞ dollarına məzənnəsi isə 1,05 manat qəbul edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM