Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramında yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir: "Hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir.
Bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər".
Müraciətdə təhlükə zamanı 112-yə zəng etmək tövsiyə olunur
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !