Anews.az lent.az-a istinadən xəbər verir ki, 5 gəncin həyatını itirməsi ilə nəticələnən qəzaya düşmüş "Hyundai Accent" həmin şəxslərə məxsus olmayıb. Belə ki, dostlar taksi sürücüsü olan tanışlarından həmin avtomobili bir neçə günlük icarəyə götürüblərmiş. Qəzanın baş vermə anına gəlincə, hadisədən bir neçə saniyə əvvəl 17 yaşlı Əmiraslan Əmiraslanlının idarə etdiyi avtomobil digər bir İmişli sakininin avtomobilini yüksək sürətlə keçib. Həmin maşının sürücüsü deyib ki, "Hyundai Accent" saatda təxminən 150-160 kilometr sürətlə hərəkət edirmiş və ötmə əməliyyatından sonra sürücü idarəetməni itirib. Maşın bir andaca yoldan çıxaraq dərəyə yuvarlanıb.
5 nəfərin öldüyü avtomobili idarə etmiş Əmiarslan Əmiraslanın və vəfat etmiş sərnişinlərdən Murad Süleymanlının fotolarını təqdim edirik.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !