Vətən müharibəsi iştirakçıları əlillik ala bilməmələrindən şikayətçidir - VİDEO

10:36 | 16.04.2024
Vətən müharibəsi iştirakçıları əlillik ala bilməmələrindən şikayətçidir - VİDEO

Vətən müharibəsi iştirakçıları əlillik ala bilməmələrindən şikayətçidir - VİDEO

İkinci Qarabağ müharibəsi iştirakçıları əlillik təyinatını ala bilməmələrindən şikayətçidir. 

Onlar bildirirlər ki, dəfələrlə müraciət etmələrinə, müayinədən keçmələrinə baxmayaraq hələ də əlillikləri təyin olunmayıb.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirildi ki, Cəlilabad rayon sakini Rauf Mansurov və Lənkəran şəhər sakini Rasif Muradov dəfələrlə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.

Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinələri zamanı vətəndaşların sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları müşahidə edilməyib.

Bu səbəbdən də   Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq hər iki şəxs barədə əlillik diaqnozu təyin olunmayıb.
 
Ətraflı videomaterialda:
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb