Ramazan tətili başlayır

10:20 | 24.06.2017
Ramazan tətili başlayır

Ramazan tətili başlayır

Bu gündən Ramazan tətili başlayır. İstiPress-in məlumatına görə, ölkə ərazisində iyun ayının 29-na kimi qeyri-iş günü olacaq.

26, 27 iyun tarixləri Ramazan bayramıdır. Lakin bayramın ilk günü Silahlı Qüvvələr günü ilə üst-üstə düşür. Əmək Məcəlləsinə əsasən, bununla əlaqədar 28 iyun da istirahət günü müəyyən edilib. Beləliklə şənbə bazar (24-25 iyun) da daxil olmaqla 5 gün ardıcıl qeyri-iş günü olacaq. 

Ramazan bayramı ilə bağlı bayram namazının vaxtı da açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) İstiPress-ə verilən məlumata görə, bayram namazı iyunun 26-da səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arasında fitrə zəkatının verilməsi məsləhət görülür.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM