Sabaha olan hava proqnozu

13:44 | 29.11.2017
Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Bakı və Abşeron yarımadasında noyabrın 30-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir.
 
Gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.
 
Mülayim şimal küləyi əsəcək.
 
ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə  2-5° isti, gündüz  8-11° isti, Bakıda gecə  3-5° isti, gündüz  8-10° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  normadan yüksək 765  mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. 
 
Nisbi  rütubət  75-85 % olacaq. 
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda  sulu qar, qar yağacağı gözlənilir.
 
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə  0-5° isti, gündüz  7-11° isti, dağlarda gecə 3-8° şaxta,  gündüz  1-6° isti olacağı gözlənilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti