Anews.az bildirir ki, AzVision.az-ın məlumatına görə, artıq qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib.
Sosial şəbəkədəki paylaşımlarında Fərrux Xəqani oğlu Qasımovun radikal dindar olduğu açıq-aşkar hiss olunur. O, müxtəlif vaxtlarda İranda dini abidələri ziyarət edib. Hətta paylaşımlarında dini təbliğata yönəlik videolara üstünlük verib. Gəncə hadisələri törədilməmişdən öncə Fərrux Kərbalanı ziyarət edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !