Ermənistan yenə KTMT-da iştirakından imtina edib

16:00 | 27.11.2024
Ermənistan yenə KTMT-da iştirakından imtina edib

Ermənistan yenə KTMT-da iştirakından imtina edib

Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin noyabrın 28-də Astanada keçiriləcək sammitində iştirak etməyəcək. Bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib. 

KTMT-nin fəaliyyətində iştirakın dondurulması ilə bağlı ER-nin mövqeyi dəyişməyib.
 

Bundan əvvəl Ermənistan KTMT-nın təlimlərində iştirak etməkdən imtina edib. 
 
Ermənistanın baş naziri açıqlama verib ki, Ermənistan KTMT-dan çıxacaq,sadəcə bunun zamanı bəlli deyil.

KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib ki, Ermənistanın KTMT-nin tərkibində qalmaq və ya təşkilatdan çıxmaq seçimi ölkənin suveren seçimini əks etdirəcək. 
 
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) "Ermənistanın suveren ərazilərini işğal etdiyi” barədə siyasi bəyanət gözlədiyi ilə bağlı açıqlama verib. 


Bundan əvvəl Nikol Paşinyan bəyan etmişdi ki, əgər təşkilat "KTMT-nin Ermənistanda məsuliyyət sahəsi nədir” sualına cavab verməsə, İrəvan KTMT-dən çıxacaq.
 
Hazırda Ermənistan KTMT-dakı fəaliyyətini dondurduğunu açıqlayıb. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM