İrandan Azərbaycana keçmək istəyən üç əfqan saxlanılıb
Azərbaycanın dövlət sərhədini pozmağa cəhd edən üç əcnəbi saxlanılıb.Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilən əməliyyat-qoşun tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən üç Əfqanıstan İslam Əmirliyi vətəndaşı saxlanılıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.