Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşüb
Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb.Bu barədə AZƏRTAC məlumat yayıb.
Görüşdə Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsinə verdiyi töhfələr yüksək qiymətləndirilib, Azərbaycan Ağsaqqallar Şurası ilə Müsəlman Ağsaqqalları Şurası arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Həmçinin Azərbaycanın beynəlxalq müstəvidə İslam mədəniyyətini və onun fundamental dəyərlərini fəal şəkildə təbliğ etdiyi, bu sahəyə davamlı töhfələr verdiyi vurğulanıb.
Qeyd olunub ki, 2027-ci ildə Azərbaycanda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Sammitində mühüm məsələlər müzakirə ediləcək.