Mingəçevirdə maşınlar toqquşub, xəsarət alanlar var
Mingəçevirdə iki avtomobil toqquşub, nəticədə iki nəfər xəsarət alıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin M.Maqomayev prospektində baş verib.
“Hyundai” və “Chevrolet” markalı avtomobillərin toqquşması nəticəsində 2010-cu il təvəllüdlü sərnişin Murad Novruzlu və sürücü, 1985-ci il təvəllüdlü Bəylər İsmayılov müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.