2022-ci il Azərbaycana marqarin idxalı iyirmi faiz artıb

10:14 | 18.01.2023
2022-ci il Azərbaycana marqarin idxalı iyirmi faiz artıb

2022-ci il Azərbaycana marqarin idxalı iyirmi faiz artıb

2022-ci il Azərbaycan Rusiyadan marqarin idxalını 20 faiz artırıb, bu barədə Rusiya mətbuatı məlumat verib. 

Bildirilib ki, 2022-ci ildə Özbəkistana ixracın həcmi 65%, Qazaxıstana - 31%, Azərbaycana - 20%, Tacikistana - 13% artıb.

2022-ci ildə Rusiya marqarinin ixracı 36% artıb.

Dünyanın 20-yə yaxın ölkəsini ixtisaslaşmış piylər və marqarinlərlə təchiz edən EFKO Qrup 2022-ci ildə marqarin məhsullarının ixracını 2021-ci ilə nisbətən 11% artırıb. 

Marqarin bitki və heyvan yağlarına əsaslanan qida məhsuludur. Əksər ölkələrdə kərə yağına daha ucuz alternativdir və qənnadı məmulatlarının, xəmir məmulatlarının, sousların, yarımfabrikatların istehsalında geniş istifadə olunur. 2020-ci ildə qlobal marqarin bazarı 19,6 milyard dollar həcmində qiymətləndirilib və qida sənayesinin inkişafı ilə əlaqədar növbəti illərdə bu rəqəmin davamlı olaraq artması gözlənilir.

2021-ci ildə dünya marqarin idxalının həcmi illik müqayisədə 33% artaraq 7,1 milyard dolları keçib. ITC Ticarət Xəritəsinə əsasən, məhsulun aparıcı alıcıları 14% payla Çin, Fransa (5,5%) və Almaniya (4,8%) olub. 2021-ci ildə dünya bazarına ən böyük marqarin tədarükçüləri demək olar ki, 20% payla İndoneziya, həmçinin Hollandiya (9,6%) və Belçikadır (9,1%). Rusiya 2021-ci ildə dünya marqarin ixracatçıları reytinqində 5% payla 7-ci yerdə qərarlaşıb.

Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb