2022 - ci ildə dünyada nə qədər jurnalist ölüb?

14:55 | 25.01.2023
2022 - ci ildə dünyada nə qədər jurnalist ölüb?

2022 - ci ildə dünyada nə qədər jurnalist ölüb?

2022-ci ildə dünyada 67 media nümayəndəsi ölüb. Bu barədə  "Kommersant" məlumat yayıb.
 
Məlumata görə, jurnalistlər arasında ölüm hallarının 80 faizi 15 ölkədə, xüsusilə də 2003-cü ildən bəri ümumilikdə 578 media işçisinin öldüyü İraq və Suriyada baş verib. Üçüncü yerdə Meksika (125), ardınca Filippin (107), Pakistan (93), Əfqanıstan (81) və Somali (78) qərarlaşıb.


Rusiya 25 müxbirinin vəzifə borcunu yerinə yetirərkən həlak olduğu Avropada jurnalistlər üçün ən təhlükəli ölkə olaraq qalır. İkinci yerdə Ukraynadır (20 ölü, onlardan səkkizi Rusiyanın bu ölkəyə silahlı hücumu zamanı ölüb)
 
2021-ci ildə dünyanın müxtəlif ölkələrində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib.
 
Beynəlxalq Jurnalistlər Federasiyasının (İJF) yaydığı hesabatda qeyd edilir ki, həlak olan jurnalistlərdən 33-ü birbaşa hücum zamanı qətlə yetirilib. O cümlədən, Asiya-Sakit Okean zonasında 20, Qərb yarımkürəsində 10, Afrikada 8, Avropada 6 jurnalist öldürülüb.

Son 4 ilin statistikası nəzərə alınsa, ən çox jurnalist ölümü faktı məhz 2022-ci ildə qeydə alınıb. Ən az belə fakt isə 2018-ci ildə müşahidə olunub.
 
Məlum olub ki, Ukraynada - müharibəni işıqlandırarkən ölənlər daha çox olub.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb