2022-ci ildə dövlət qurumlarına edilən zənglərin sayı açıqlanıb - STM

15:11 | 22.02.2023
2022-ci ildə dövlət qurumlarına edilən zənglərin sayı açıqlanıb - STM

2022-ci ildə dövlət qurumlarına edilən zənglərin sayı açıqlanıb - STM

 Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən monitorinq zamanı 2022-ci ildə 25 mərkəzi icra hakimiyyəti, 10 publik hüquqi şəxs və bir çox dövlət qurumlarının kommunikasiya xətlərinə ümumilikdə 1518 zəng edildiyini müəyyən edib. Bu barədə Sosial Tədqiqatar Mərkəzindən bildirilib.
 
Monitorinq nəticəsində qeydə alınan 1518 zəngdən 943-nə cavab verilib, 575 zəngə cavab verilməyib.

Məlumata görə, günün birinci və ikinci yarısında müxtəlif saatlarda 29 qurumdan 25-nin həm stasionar nömrələrinə, həm də qaynar xətlərinə, 11 qurumun yalnız stasionar nömrələrinə, 5 qurumun isə yalnız qaynar xətlərinə zənglər edilib.
 
Monitorinq 25 mərkəzi icra hakimiyyəti, 10 publik hüquqi şəxs və bir çox dövlət qurumlarının kommunikasiya xətlərinin fəaliyyəti və vətəndaşların zənglərinin cavablandırılması üzrə aparılıb.

Cavab verilən 943 zəngin 79.9%-nin gözləmə müddəti 10 saniyəyə qədər təşkil edib. Cavab verilən zənglərin 3,6%-nin gözləmə müddəti 5 dəqiqədən çox olub.
 
Ümumilikdə, monitorinq çərçivəsində qaynar xətlər üzrə cavablandırılmayan zənglərə görə maksimum gözləmə müddəti 20 dəqiqədən çox qeydə alınıb.
 
Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb