2022-ci ildə yol qəzalarında ölən şəxslərin sayı açıqlanıb

15:34 | 19.01.2023
2022-ci ildə yol qəzalarında ölən şəxslərin sayı açıqlanıb

2022-ci ildə yol qəzalarında ölən şəxslərin sayı açıqlanıb

Bakıda 2022-ci ildə  yol qəzalarında ötən illə müqayisədə ölən və xəsarət alanların sayı azalıb. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsindən məlumat verilib.

Bildirilib ki, 2022-ci il ərzində ölüm və xəsarət halları ilə yekunlaşmış 437 hadisədə 188 nəfər vəfat edib, 355 nəfər isə xəsarət alıb.
 
Ötən il Bakıda 269 piyadanı avtomobil vurub, onlardan 134 nəfəri dünyasını dəyişib.
 
Qəzalar zamanı 153 piyada xəsarət alıb. Belə ki, ötən illə müqayisədə paytaxtda piyada vurma 41 fakt azalıb.
 
Bakıda ötən il motosikletlərin iştirakı ilə 4 hadisə baş verib. Nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
 
Moped sürücüləri isə 14 hadisə törədib, nəticədə 1 nəfər ölüb və 14 nəfər xəsarət alıb. Velosipedlə törədilən 4 qəzada 1 nəfər ölüb, 3 şəxs xəsarət alıb.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb