Bu barədə Şuranın İdarə Heyətinun sədri Nadir Adilov "Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu” mövzusunda maarifləndirici ictimai müzakirədə deyib.
Onun sözlərinə görə, 1 il müddətində Mediasiya haqqında Qanunun tələblərinə cavab verən ümumilikdə 1302 əmək mübahisəsi ilə bağlı iş Mediasiya Şurasına daxil olub.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də dərin təşəkkür edirəm. Nazirlik bu günədək Mediasiya Şurasını 12 sosial işçi ilə təmin edib. Bu işçilərin əmək haqqı DOST iş mərkəzi tərəfindən ödənilir. Bu bizim fəaliyyətimizə çox ciddi dəstəkdir. Eyni zamanda əmək mübahisələrinin qəbul edilərək mediasiya təşkilatları arasında bölüşdürülməsi məsələləri ilə bağlı da nazirliklə və DOST Agentliyi ilə çox sıx işlər aparırıq", Adilov deyib.
Mediasiya Şurası "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Mediasiya Şurası Avropa İttifaqının dəstəyi ilə işçi qrupun fəaliyyəti nəticəsində 12 fevral 2020-ci ildə yaradılıb. İşçi qrup bu məqsədlə Avropa İttifaqı tərəfindən cəlb edilmiş ekspert tərəfindən koordinasiya edilmiş və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən təşkil olunub.
Ləman Qasımova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !