2023-cü ilin sonunda Azərbaycandan qeyri-neft və qaz ixracı 3,3 milyard dollar təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 9,8% çoxdur.
Mərkəzin məlumatına görə, dekabrda qeyri-neft və qaz ixracının həcmi 314,3 milyon dollar (2022-ci ilin dekabrından +3,8%) təşkil edib.
Əvvəllər məlumat verildiyi kimi, 2022-ci ildə Azərbaycandan qeyri-neft və qaz ixracının həcmi rekord həddə - 3 milyard 47,67 milyon dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 12,3% çoxdur.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2027-ci ildə qeyri-neft və qaz ixracının həcmi artaraq 5,3 milyard dollar təşkil edəcək.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !