2023-cü ildə Kəlbəcərdən nə qədər mina təmizlənib?- RƏSMİ

13:42 | 01.09.2023
2023-cü ildə Kəlbəcərdən nə qədər mina təmizlənib?- RƏSMİ

2023-cü ildə Kəlbəcərdən nə qədər mina təmizlənib?- RƏSMİ

2023-cü ildə Kəlbəcər ərazisində yaşayış infrastrukturu, energetika və ekoloji layihələr olmaqla 4719 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bunu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun Kəlbəcərdə keçirilən səyyar iclasında İşçi Qrupda təmsil olunan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmisi deyib.
 
Vətən Müharibəsindən sonra 300-ə qədər insan mina qurbanı olub. Bunu xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Bakıda Lahbiblə birgə keçirdiyi mətbuat konfransında deyib.
 
Son 30 ildə Azərbaycanda təxminən 3 350 nəfər minaya düşüb. 

2020-ci ilin noyabrından Azərbaycan ərazisindən 81 min 386 hektar ərazi minalardan təmizlənib. 

2023-cü ilin dörd ayında işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfindən 3 878 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb.
 
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Aytac Zeynalova


 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM