2023-cü ilin səkkiz ayında ölkədə ümumi ixracının dəyəri 24,4 milyard ABŞ dolları, qeyri-neft ixracının dəyəri isə 2,2 milyard ABŞ dolları təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə 14,6 % çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.
Bildirilir ki, ölkənin yeyinti məhsulları üzrə ixracı 571,4 milyon ABŞ dollarına bərabər olub. O cümlədən elektrik enerjisi ixracı 3,9 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 3,8 dəfə, qara metal məmulatlarının ixracı 36,6 %, şəkər ixracı 17,9 %, meyvə-tərəvəz ixracı isə 7,4 % artıb.
Bu illin avqustunda 203,6 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bunun da 51,4 milyon ABŞ dollarını (10,3 % artım) yeyinti məhsulları üzrə ixrac, 152,2 milyon ABŞ dollarını isə qeyri-yeyinti məhsulları üzrə ixrac təşkil edib.
İqtisadiyyat Nazirliyi 2027-ci ilədək qeyri-neft ixracının həcmi 5 milyard dollara kimi artmasını proqnozlaşdırır.
2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3% artaraq 3 047,67 milyon ABŞ dollarına bərabər olub.
Statistika komitəsinin məlumatına görə, kimya sənayesi məhsullarının ixracı 11,3 faiz, spirtli və spirtsiz içkilərin ixracı 11,1, şəkər ixracı 2,5, çay ixracı isə 2,3 dəfə artıb.

Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !