2024 cü il Azərbaycan üçün yaşıl enerji ili elan edilib - Nazir

11:37 | 15.04.2024
2024 cü il Azərbaycan üçün yaşıl enerji ili elan edilib - Nazir

2024 cü il Azərbaycan üçün yaşıl enerji ili elan edilib - Nazir

2024 cü il Azərbaycan üçün yaşıl enerji ili elan edilib və bu ölkənin buna nə qədər ciddi yanaşmasının göstəricisidir. İnkişaf etmiş ölkələr arasında körpü rolunun Azərbaycana tapşırılması böyük nailiyyətdir. İqlim maliyyəsi məsələsi müzakirə ediləcək əsas məsələ olacaq, COP 29 prezidenti Muxtar Bavayev bildirib. 

O həmçinin söyləyib ki,Azərbaycan Qlobal Metan Öhdəliyi təşəbbüsünə qoşulub və 2030-cu ilədək elektrik enerjisinin  qoyuluş  gücündə  bərpaolunan  enerjinin payının 30 faizə çatdırılmalı hədəf kimi müəyyənləşib.
 
Həmçinin, Babayev bildirib ki, Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə kimi istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.
 
Bu gün Azərbaycanın özünün  də qlobal dünyanın tərkib hissəsi olaraq iqlim dəyişikliyinin fəsadları ilə üzləşdiyini deyən Babayev Azərbaycanın çaylarında və Xəzər dənizində suyun azalması , səhralaşma kimi problemləri vurğulayıb.
 
N.Təbrizli 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM