"Avropada seçkilərimiz var, Amerika Birləşmiş Ştatlarında seçkilərimiz var. Biz açıq, azad demokratiyaların qələbəsini təmin etmək üçün mümkün olan hər şeyi edəcəyik", - sədr bunu Almaniya Xristian Sosial Birliyinin parlament fraksiyasının Bavariyada keçirilən iclasında deyib.
Von der Leyen Avropanı müdafiəyə daha çox diqqət yetirməyə çağırıb.
Avropa Şurasının prezidenti Çarlz Mişel iyunda keçiriləcək Avropa Parlamentinə keçiriləcək seçkilərdə namizəd kimi iştirak etməyəcək və bu səbəbdən vəzifəsini vaxtından əvvəl tərk edəcək.
Əgər bu baş verərsə və Aİ liderləri Mişelin varisi ilə bağlı tez razılığa gələ bilməsələr, Avropa Şurasına sədrlik müvəqqəti olaraq 2024-cü ilin iyulundan dekabr ayına qədər Aİ Şurasına sədrlik edəcək ölkənin lideri Macarıstanın baş naziri Viktor Orbana keçəcək.
2024-cü il dünyanın 64 ölkəsində prezident və parlament seçkiləri keçiriləcək.
2024-cü il seçkilər keçiriləcək ölkələr təxminən dünyanın yarısını təşkil edir və 2 milyard insanın iştirak edəcəyi gözlənilir.
2024-cü il Azərbaycanda da növbədənkənar Prezident seçkiləri keçiriləcək. Ölkə başçısı bununla bağlı sərəncam imzalayıb.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !