2024-cü il qlobal iqtisadi artımın 2,1-2,9% artacağı gözlənilir- Deputat

11:51 | 13.11.2023
2024-cü il qlobal iqtisadi artımın 2,1-2,9% artacağı gözlənilir- Deputat

2024-cü il qlobal iqtisadi artımın 2,1-2,9% artacağı gözlənilir- Deputat

2024-cü il qlobal iqtisadi artımın 2,1-2,9% artacağı gözlənilir. Bunu deputat Tahir Mirkişili deyib. 

O, beynəlxalq təşkilatların prqonuzuna istinad edərək bildirib ki, cari il üçün bu artım 2,5-3% arasında dəyişib. 

2023-cü ilin yanvar-sentyabrda neftin 1 barelinin orta aylıq qiyməti illik müqayisədə 21,0 ABŞ dolları və ya 20,7% azalaraq 80,6 ABŞ dolları təşkil etmiş, 2024-cü ildə neftin 1 barelinin dünya bazarlarında orta qiymətinin 80-95 dollar olacağı proqnozlaşdırılır. Amma eyni zamanda Yaxın Şərqda baş verən hadisələr fonunda tamamilə fəqrli səhnə ilə üzləşəcəyimiz də istisna deyildir”, - deputat noyabrın 13-də Milli Məclisdə büdcə müzakirəsi zamanı söyləyib. 

Deputat vurğulayıb ki, gələn il üçün illik iflyasiya 5,8% olacağı gözlənilir.
 
Cari ilin yanvar-sentyabrında Azərbaycanda inflyasiya ötən ilin eyni dövrünə nisbətən 10,9 % təşkil edib, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri 12,4 %, qeyri-ərzaq məhsulları üzrə 10,1 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 9,6 % artıb.

Günar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb