Azərbaycan hökuməti 2024-cü ildə ölkədə neft hasilatını 29 milyon 492,3 min ton səviyyəsində proqnozlaşdırır, bu barədə Hesablama Palatası məlumat verib.
2023-cü il üçün ölkədə neft hasilatı ilə bağlı faktiki məlumatlar hələ açıqlanmayıb. Bununla belə, Azərbaycan Hesablama Palatasının noyabrda verdiyi məlumata görə, 2023-cü ildə ölkədə neft hasilatının 30,5 milyon tona çatacağı gözlənilir.
Belə ki, 2024-cü ildə neft hasilatı 2023-cü illə müqayisədə 3,3% azala bilər.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-noyabrında Azərbaycanda qaz kondensatı ilə neft hasilatı 27 milyon 695,4 min ton təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 7,4% azdır.
2022-ci ildə Azərbaycanda qaz kondensatı ilə neft hasilatı 32 milyon 667,7 min ton (azalma 5,5%), ixrac 26,3 milyon ton (azalma 6,5%) təşkil edib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !