Azərbaycan XİN Yaponiyaya başsağlığı verib

15:29 | 06.01.2024
Azərbaycan XİN Yaponiyaya başsağlığı verib

Azərbaycan XİN Yaponiyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Yaponiyaya başsağlığı verib.

Başsağlığı mətni nazirliyin "X" hesabında paylaşılıb.

"Yaponiyanın Noto yarımadasında baş verən zəlzələ nəticəsində qeydə alınan insan tələfatı və dağıntılar bizi dərindən kədərləndirir. Bu faciədə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirik”, - nazirlikdən bildirilib.
 
Yaponiyada yanvarın 1-dən etibarən silsilə zəlzələlər qeydə alınır. Yaponiyanın rəsmi qurumlarının yaydığı son məlumata əsasən, təbii fəlakət nəticəsində ölənlərin sayı 126-ya çatıb, azı 516 nəfər isə yaralanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti