Rusiya Ukraynadakı münaqişənin dondurulması variantını rədd edir

15:51 | 26.11.2024
Rusiya Ukraynadakı münaqişənin dondurulması variantını rədd edir

Rusiya Ukraynadakı münaqişənin dondurulması variantını rədd edir

Rusiya Ukrayna ətrafında sabit sülhü bərqərar etmək istəyir. Bu barədə jurnalistlərə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin məlumat verib.

"Bizə güclü və uzunmüddətli sülh lazımdır. Üstəlik, bu sülh ilk növbədə bizim, Rusiya vətəndaşları üçün, eləcə də bütün Avropa qitəsi üçün təmin edilməlidir", - o deyib.

Narışkin qeyd edib ki, Rusiya Ukraynadakı münaqişənin dondurulması variantını qəti şəkildə rədd edir. Xarici kəşfiyyat xidmətinin rəhbəri xatırladıb ki, sülhün təmin olunmasının şərti Ukrayna münaqişəsinə səbəb olan amillərin aradan qaldırılmasıdır.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM