Azərbaycanda quş əti və yumurta istehsalı artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın quşçuluq müəssisələrində diri çəkidə 73,6 min ton quş əti və 911 milyon ədəd yumurta istehsal olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə quş əti istehsalı 17,2 min ton (30,5 %), yumurta istehsalı isə 30,7 milyon ədəd (3,4 %) artıb.
Hesabat dövründə quşçuluq müəssisələrində quşların ümumi sayı 13 milyon 214,8 min baş olub. Bu, illik müqayisədə 2 milyon 672,9 min baş və ya 25,3 % çoxdur.
Bundan başqa, yanvar-sentyabr aylarında quşçuluq müəssisələrində hər yumurtlayan toyuqdan orta hesabla 193 ədəd yumurta əldə edilib.
Son xəbərlər
Daha çox