Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Neftçala rayonunda 3 yaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatını itirib.
“Report”un məlumatına görə, hadisə rayonun Pirətəvana gedən yolda baş verib.
İlkin məlumata əsasən, Həsənabad qəsəbəsində qeydiyyatda olan, Neftçala şəhəri R. Həsənov küçəsində yaşayan azyaşlı velosipedlə hərəkətdə olarkən traktorun qoşqusunun altında qalıb.
Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.