2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanın 2027-ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat proqnozlaşdırılır.
“2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisə daxil olub.
Layihəyə əsasən, gəlirlərin 38 milyard 518 milyon 425 min manatı mərkəzləşdirilmiş, 735 milyon 575 min manatı isə yerli gəlirlərin payına düşəcək.
Büdcə xərclərinin 41 milyard 664 milyon 425 min manatı mərkəzləşdirilmiş, 735 milyon 575 min manatı isə yerli xərclər üzrə nəzərdə tutulub.
Proqnozlara görə, 2027-ci ilin dövlət büdcəsinin kəsiri 3 milyard 146 milyon manat təşkil edəcək.