Prezidentin Endi Börnhemlə görüşü gözlənilir

Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə səfər edib.
Anews.az xəbər verir ki, yaxın saatlarda İlham Əliyevin Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə görüşü gözlənilir.
Görüş zamanı Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlığa dair sənədin imzalanacağı bildirilir.
Sənədin imzalanmasının iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olacağı qeyd edilir.
























