Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində təmir işləri ilə əlaqədar sabahdan Natiq Mustafayev küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, məhdudiyyətlə əlaqədar 149, 149E və 164 nömrəli marşrutların hərəkəti alternativ küçələr vasitəsilə təşkil olunacaq.