• $
  • €
  • ₽
  • ₺
  • £

Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb

Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
22.10.2026 23:52

ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Maykl Flin Ukraynada müharibənin başa çatması üçün Prezident Volodimir Zelenskinin dərhal istefa verməli olduğunu bildirib.Bu barədə Flin “Substack” platformasında dərc olunan məqaləsində yazıb.

O, Ukrayna rəhbərliyini xalqın iradəsinə qulaq asmağa, ABŞ və Avropa İttifaqını isə Zelenskiyə dərhal seçkilərin keçirilməsi üçün təzyiq göstərməyə çağırıb.

“Zelenski Ukraynanı gələcəyə aparmağa qadir lider deyil. Onun hakimiyyətdə qalması yüz minlərlə, hətta milyonlarla insanın həyatına son qoymuş müharibənin daha da uzanması riski yaradır”, – Flin vurğulayıb.

Keçmiş müşavirin fikrincə, Ukraynanın yeni prezidenti Rusiya ilə fərqli dialoq qura, müvəqqəti atəşkəs müzakirələrindən daimi sülhün əldə olunmasına keçə bilər.

O, Ukrayna cəmiyyətinin tükəndiyini və ölkənin daha ağıllı, təmkinli, strateji baxımdan səriştəli liderə ehtiyacının artdığını qeyd edib.

Qeyd edək ki, bundan əvvəl “Fox News” telekanalına müsahibəsində Zelenski Ukraynanın cəbhə xətti boyunca münaqişənin dondurulmasına razı olduğunu bildirib.

“İndi bizə məhz münaqişənin dondurulması lazımdır və bu, müharibəyə son qoymağın real yoludur”, – Ukrayna Prezidenti deyib.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyada 6 300 məktəbə bomba xəbərdarlığı göndərilib
Dünya 23:46
İtaliyada 6 300 məktəbə bomba xəbərdarlığı göndərilib
İran Omanın sahillərində gəmi naviqasiya sistemlərinə hücum edib
Dünya 23:39
İran Omanın sahillərində gəmi naviqasiya sistemlərinə hücum edib
Viktor Orbanın qardaşı həbs edilib
Dünya 23:14
Viktor Orbanın qardaşı həbs edilib
Ermənistan Prezidenti TRIPP layihəsi üzrə qanunu imzalayıb
Dünya 22:27
Ermənistan Prezidenti TRIPP layihəsi üzrə qanunu imzalayıb
Zelenski Dublinə gedib
Dünya 22:09
Zelenski Dublinə gedib
Rusiyanın ABŞ-dəki səfiri ölüb
Dünya 21:59
Rusiyanın ABŞ-dəki səfiri ölüb
Ərdoğan və Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə ediblər
Dünya 21:06
Ərdoğan və Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə ediblər
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
Dünya 19:30
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
Pakistanda polislərə hücum edilib, 11 nəfər ölüb
Dünya 17:11
Pakistanda polislərə hücum edilib, 11 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol