• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyəli jurnalist Azərbaycanda hakimiyyəti ələ keçirməyə çağırışda ittiham olunur

Türkiyəli jurnalist Azərbaycanda hakimiyyəti ələ keçirməyə çağırışda ittiham olunur
16.10.2026 15:03

Türkiyə vətəndaşı, “Şanlıurfa Olay” qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dini nifrət və düşmənçiliyin salınmasına yönələn materialları yaymaqda ittiham olunur. Onun barəsində beynəlxalq axtarış elan edilib.Bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, sosial şəbəkələrdə Çiftçi və digər şəxslər tərəfindən yayılan materiallarla bağlı daxil olmuş məlumatlar əsasında araşdırma aparılıb. Araşdırma zamanı dini radikalizm məzmunlu, o cümlədən süni intellekt vasitəsilə hazırlanmış materialların təkrar yayıldığı və radikal məzmunlu çağırışların edildiyi müəyyən olunub.

Baş prokurorun qərarı ilə oktyabrın 16-da Azərbaycan Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri üzrə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Həmin maddələr hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn təkrar açıq çağırışları, zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin salınmasını, eləcə də dini ekstremist fəaliyyətə çağıran materialların hazırlanmasını, saxlanmasını və yayılmasını əhatə edir.

Baş Prokurorluq bildirib ki, Çiftçi cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Onun və digər şəxslərin barəsində istintaq hərəkətlərinin aparılması məqsədilə Türkiyənin səlahiyyətli orqanlarına beynəlxalq hüquqi yardım haqqında sorğular göndərilir.

Hazırda materialların məzmununun, onların hazırlanması və yayılması hallarının, eləcə də iş üçün əhəmiyyətli digər faktların araşdırılması davam etdirilir.

Baş Prokurorluq vətəndaşları dini zəmində nifrət və düşmənçiliyi təşviq edən məzmunun yayılmasından çəkinməyə və sosial şəbəkələrdən məsuliyyətlə istifadə etməyə çağırıb.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Xankəndidə Zəfər abidəsini ziyarət ediblər
Siyasət 17:38
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Xankəndidə Zəfər abidəsini ziyarət ediblər
Ərdoğan: Azərbaycanla Türkiyənin qardaşlığını zəiflətmək istəyənlər məqsədlərinə çatmayacaqlar
Siyasət 16:29
Ərdoğan: Azərbaycanla Türkiyənin qardaşlığını zəiflətmək istəyənlər məqsədlərinə çatmayacaqlar
Əliyev: Azərbaycan və Türkiyənin arasına heç kim girə bilməz
Siyasət 16:20
Əliyev: Azərbaycan və Türkiyənin arasına heç kim girə bilməz
Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı başlayıb
Siyasət 16:17
Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı başlayıb
Azərbaycan Ordusunda gənc əsgərlər and içiblər
Siyasət 15:39
Azərbaycan Ordusunda gənc əsgərlər and içiblər
Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir
Siyasət 15:00
Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir
Ərdoğan Qarabağdadır
Siyasət 13:48
Ərdoğan Qarabağdadır
Xankəndidə Zəfər Muzeyi keçmiş icra hakimiyyətinin binasında yaradılacaq
Siyasət 13:04
Xankəndidə Zəfər Muzeyi keçmiş icra hakimiyyətinin binasında yaradılacaq
Prezident Şahbaz Şərifə təşəkkür edib
Siyasət 12:59
Prezident Şahbaz Şərifə təşəkkür edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol