Azərbaycanda yeniyetmə anaların sayı açıqlanıb
2025-ci ildə 16 yaşadək qadınların dünyaya gətirdiyi uşaqların sayı 53 olub. Bu, 2024-cü illə müqayisədə 10 nəfər və ya 15,9% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
2025-ci ildə 20 yaşadək qadınların dünyaya gətirdiyi uşaqların ümumi sayı 9 015 olub. 2024-cü ildə bu göstərici 10 025 idi.
Ötən il 2025-ci ildə 16 yaşlı qadınların dünyaya gətirdiyi uşaqların sayı 135, 17 yaşlıların 689, 18 yaşlıların 2 822, 19 yaşlıların isə 5 316 olub. 2024-cü ildə həmin göstəricilər müvafiq olaraq 218, 998, 3 301 və 5 445 təşkil edib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox