Azərbaycan Ukraynaya növbəti dəfə yardım göndərib

17:58 | 20.02.2024
Azərbaycan Ukraynaya növbəti dəfə yardım göndərib

Azərbaycan Ukraynaya növbəti dəfə yardım göndərib

Azərbaycan Ukraynaya növbəti dəfə elektrik avandalıqlarından ibarət yardım göndərib. Bu barədə Energetika Nazirliyindən bildirilib.  
 
"Humanitar yükə 670 min metrdən çox elektrik kabeli və naqilləri, həmçinin 26 transformator və komplekt transformator məntəqəsi daxildir”, - məlumatda deyilir.
 
İndiyə kimi energetika nazirliyi tərəfindən 3,3 milyon metrdən çox elektrik kabeli və naqilləri, o cümlədən 72 transformator və komplekt transformator göndərilib. 
 
Nazirlikdən bildirilib ki, yardım Ukraynada zərər çəkmiş əraziləri davamlı elektrik təchizatını bərpa etmək məqsədilə göndərilib. 
 
2023-cü ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya 7,6 milyon ABŞ dolları məbləğində yardım göndərilməsi ilə bağlı sərəncam imzalayıb. 
 
Həmin yardım 4 dəfə göndərişlə Ukraynaya çatdırılıb. 
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM