Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

11:29 | 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb


Milli Məclisin aprelin 23-də keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.

Toplantının gündəliyinə 18 məsələnin müzakirəsi daxil edilib.
Bunlar aşağıdakılardır:

1. "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.

2. "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.

3. "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.

4. "Sosial sığorta haqqında” qanuna və Vergi Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).

5. "Dərman vasitələri haqqında” qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlara dəyişiklik layihəsi (üçüncü oxunuş).

6. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

7. "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi (ikinci oxunuş).

8. "Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

9. "Qida təhlükəsizliyi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

10. Vergi, Gömrük məcəllələriə, "Dövlət rüsumu haqqında” və "Lisenziyalar və icazələr haqqında” qanunlara dəyişiklik layihəsi (birinci oxunuş).

11. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik layihəsi (birinci oxunuş).

12. "Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

13. Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik layihəsi (birinci oxunuş).

14. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

15. Mülki Prosessual, Ailə məcəllələrinə və "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

16. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

17. Əmək və Mülki məcəllələrə dəyişiklik layihəsi (birinci oxunuş).

18. Vergi Məcəlləsinə dəyişiklik layihəsi (birinci oxunuş).
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM